• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2512
— 04.06.2019 20:35

Dustaqlar arasında dava olub, xəsarət alanlar var

KepezTV Player

Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında təqsirləndirilən şəxslərin saxlanıldığı otaqda dustaqlar arasında dava baş verib. Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkəməsi olan Həbib Əliyev həmyerlisi, Cinayət Məcəlləsinin 29.120-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə məhkəməsi olan Fazil Mustafayevi döyərək ona xəsarət yetirib. Hadisə zamanı otaqda olan narkotik maddələrin qanunsuz dövriyyəsi maddəsi ilə məhkəməsi olan Ağstafa rayon sakini 30 yaşlı Tural Fərəcov da xəsarət alıb. Fakt araşdırılır.