• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1156
— 04.06.2019 20:30

Goranboyda İntensiv bağçılıq inkişaf etdirilir

KepezTV Player

Ümumlikdə 8 hektar meyvə bağı olan fermer əsasən ərik, şaftalı və alça növlərini əkib beçərilməsi ilə məşğuldur. Yüksək məhsuldarlığı və xəstəliyə dözümlülüyü ilə seçilən italyan sort meyvə ağacları rayonlaşdırılaraq onlardan yüksək bar alınır. Fermer  mayın 15-dən başlayaraq bağda ərik yığımı aparıldığı və yüksək maddi gəlir əldə etdiyini bildirib. Meyvənin dəymə vaxtına görə, fərqlənən ağaclar sortlaşdırılaraq əkilib.

Hazırda durduğumuz ərazi Rasim Nəbiyevin 2 illik ağacları olan bağdayıq. Bu ağacın bare gətirmə qabiliyyəti 25-30 kq praqnozlaşdırılır və meyvənin yığımına bu ayın 20-dən sonra balanılacaqdır.

Hər hektar bağdan 15  ton məhsul əldə edəcəyini bildiriən təsərrüfat sahibi bu sahənin çox rentabelli olmasına da diqqət çəkib. Bunun üçün gələn ildən bağda daha intensiv texnalogiylaların tətbiqi nəzərdə tutulur.

Rasim Nəbiyev Nizami Gəncəvi adına fermer təsərrüfatının sahibi: Bu ağacların yaşı artıqca hər hektarda 5 ton mövcud məhsulun üstünə gəlir. 3 ilində bağ artıq hektardan 20-25 ton məhsul verir. Gələcəy üçün planlşadırırıq ki, bu bağı intensiv formada salaq. Əgər bir hektara 800-1000 ağac əksək 1 hektardan klassik 2 hektarın məhsiulunu əldə etmək mümkündür. Yəni eyni hektardan yüksək gəlir əldə edəcəyik.

Məhsulun bazarının yaxşı olduğundan məmmun olan fermer əriyin satışının əsasən Gəncə və Bakı bazarlarında satıldığını bildirib. Rasim Nəbiyevin ən böyük arzusu xüsusi  bacarığı ilə rayonlaşdırdığı xarici sortlardan əldə etdiyi məhsulu made in Azerbaycan adı altında xarici bazarlara çıxarılmasına nail olmaqdır.

Rasim Nəbiyev Nizami Gəncəvi adına fermer təsərrüfatının sahibi:Məhsulun satışı ilə bağlı yerli bazarda heç bir problem yoxdur. Əsas məqsədimiz bağda meyvə ağcalrını hektarını artımaq və  məhsullarımızı xarici bazarlara çıxarmaqdır. Gələn ildən bizdə imkan yaranacaq ki, hər növlər dəydikcə onları ayrı-ayrı vaxtlarda xaricə aparaq.

Təsərrüfatdan tədarük olunan əriyin 1 kiloqramı ilkin yığımda 4 manata, hazırda isə 2 manata təklif olunur. Ərazidə bağçılıqla yanaşı tingçilik də inkşaf etdirilir. Fermer təsərrüfatında kənd təsərrüfatı nazirliyində sertifikatlaşdırılmış 25 min çəyirdəkli meyvələrin tingləri becərilir.