• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2527
— 04.06.2019 12:52

Magistraturaya qəbul planında ödənişli yerlərin sayı azaldılıb

KepezTV Player

2019-2020-ci il üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul planında dövlət sifarişli yerlərin sayı artırılıb. Cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə tələbə qəbulu planı ötən ilə nisbətən təxminən eyni səviyyədə qalsa da, dövlət sifarişi ilə qəbul planı artırılıb. Bu il dövlət sifarişli plan yerlərinin sayı ötən illə müqayisədə 24,5% artaraq 3197 nəfər təşkil edib. Tələbə qəbulu planında plan yerlərinin 88.4%-i dövlət, 11.6%-i isə qeyri-dövlət ali təhsil müəssisələri üçün nəzərdə tutulub.