• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 737
— 04.06.2019 12:49

9-cuların 2-ci buraxılış imtahanı

KepezTV Player

Dövlət İmtahan Mərkəzi iyunun 9-da Gəncə, Naftalan, Daşkəsən, Goranboy, Göygöl, Samux və digər şəhər və rayonlarının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsini keçirəcək. Həmin gün imtahanda Gəncədən 3427, Naftalan 101, Daşkəsən 288, Goranboy 1360, Göygöl 897, Samux 716,  nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.. Saat 11-də başlayacaq imtahanda tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim ediləcək. İmtahan 3 saat davam edəcək.