Meliorasiya və su təsərrüfatı işçilərini peşə bayramı münasibəti ilə 5 rayonn melioratları Naftalanda bir araya gəlib. Tədbirdə son illərdə respublikanın şəhər və rayonlarının su və kanalizasiya təminatının aparılmasında görülən işlərdən söz açılıb. Bölgələrdə həyata keçirilən iri layihələrə nəzər salınıb. Çıxışlarda Azərsu ASC-nin 7 saylı Regional Su-kanal idarəsinin və tabeli qurumlarının nümayəndələri abonentlərin su təminatının yaxşılaşdırılması üçün görülən işlərdən danışıblar. Bölgənin aqrar rayonlarında suvarma suyunun çatışmazlığının aradan qaldırılması məqəsədilə Şəmkir maşın kanalının əhəmiyyəti vurğulanıb, ölkə başçısı tərəfindən hər il subarteziyan quyularının qazılması üçün verilən sərəncamların əhəmiyyəti qeyd olunub. Tədbirdə su təsərrüfatı sahəsində səmərəli fəaliyyət göstərən bir qrup şəxs təltif olunub.
- Baxış: 318