Bağırov Qalib İsgəndər oğlu-Respublikanın əməkdar rəssamı,Sənətşünaslıq namizədi,dosent,Azərbaycan Respublikasının Rəssamlar ittifaqının Gəncə bölməsinin sədri.
Surikov adına Rəssamlıq Akademiyasını bitidikdən sonra təyinatla Gəncəyə qayıtmış,yeni yaradılmış Çini qablar zavodunda rəssam ,baş rəssam və Laboratoriya müdiri vəzifəsində çalışmışdır.
Bağırov Qalib İsgəndər oğlu 1945-ci il 9 mayda Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur.1970-ci ildə Surikov adına Rəssamlıq məktəbini bitirdikdən sonra təyinatla Gəncə şəhərinə göndərilmiş və 1990-cı ilə kimi həmin müəssisədə Laboratoriya müdiri vəzifəsində çalışmışdır.1980-ci ildə Azərbaycan texnologiya universitetinə 0,5 ştat vahidi ilə işə qəbul olunmuş,əvvəl baş müəllim,dosent və kafedra müdiri vəzifələrində çalışmışdır.Bağırov Q.İ.elmi tədqiqat işərinə xüsusi önəm vermiş 1978-ci ildə Moskvada dissertasiya işi müdafiə edərək Sənətşünaslıq elmlər namizədi elmi dərəcəsinə layiq görülmüşdür.O,dövlətimiz tərəfindən qiymətləndirilərək ona Əməkdar rəssam adına layiq görülmüşdür.Onun yaratdığı əsərlər bir çox xarici ölkələrdə nümayiş olmuşdur.Bağırov Q.İ.Azərbaycan Respublikası Rəssamlar İttifaqının Gəncə bölməsinin sədridir.Onun tərəfindən Gəncə şəhərində Dekorativ-tətbiqi minatur mərkəzi yaradımışdır.Son iş yerı Azərbaycan texnologiya universitetində dosent vəzifəsində işləyirdi.
- Baxış: 757