• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1262
— 03.06.2019 16:23

921 kq narkotik vasitə götürülüb

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri saxlanılıblar.

Abşeron rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Vüqar Əliyev tutulub. "zərinə baxış zamanı 1,067 qram, yaşadığı evdən isə 0,613 heroin aşkar edilib.Əliyev narkotiki Fəridə adlı şəxsdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Bakı sakini Fəridə Qasımzadə də tutularaq istintaqa təqdim olunub. Onun üzərində şəxsi axtarış aparılan zaman 4,571 qram aşkar edilib. Qasımzadəyə heroini satan Xırdalan sakini Elnur Kazımov və həmyerlisi Ramil İsbəndiyarov da saxlanılıb. Kazımovun üzərindən 1, 467, İsbəndiyarovdan isə 100,947 qram heroin aşkar edilib. Ramil İsbəndiyarovun yaşadığı evə baxış zamanı 398,499 qram heroin, 52,454 qram metamfetamin, həmçinin 1 ədəd idman tapançası, 1 ədəd beşbarmaq və 1 ədəd dəyənək götürülüb.

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Əhməd Quliyev saxlanılıb. Ona məxsus bağ evinin həyətindəki ümumi sahəsi 880 kvadratmetr olan 2 ədəd istixanaya baxış keçirilən zaman kultivasiya yoli ilə yetişdirilən çəkisi 921 kiloqram olan 4021 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Quliyev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib. Saxlanılan şəxsin məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub. İstintaq zamanı Ə.Quliyevin paytaxt və eləcə də bölgələrdə narkotik maddələrin satışını həyata keçirən narkotacir olduğu məlum olub. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.