• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2104
— 03.06.2019 10:02

Jaguar Land Rover istilik siqnalları verən yeni sistem hazırladı

Jaguar Land Rover əməkdaşları sürücünü xəbərdar edəcək yeni sistem hazırlayıblar. Müəyyən yeri isinə və soyuya bilən sükan, məsələn sürücüyə hansı tərəfə dönməyi məsləhət verə ya da tıxac barədə məlumat verə bilir. “Sensorlu sükan” Qlazqo universitetinin əməkdaşları ilə birgə hazırlanıb. Avtomobili idarə edən şəxs bu yolla naviqasiya sisteminin məsləhətlərinə diqqət etmək və ya gedilən marşrut üzrə qəzanın baş verdiyini müəyyən etmək imkanı qazanır. Güman edilir ki, analoji sistem görməyi məhdudlaşdıran pis hava şəraitində də köməyə çatır. Mütəxəssislər araşdırıblar ki, isitmə sistemi ilə xəbərdarlıq sürücünün yola diqqətini daha da artırır.