• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2065
— 03.06.2019 10:01

İsveç sürücüsüz idarə olunan yük maşınının sınaqları başladı

Einride startapına məxsus sürücüsüz idarə olunan T-pod elektro-yükmaşının Isveçdə sınaqlarına başlanılıb. Avtomobil DB Schenker adlı logistika şirkətinə xidmət edir və bu pilot layihə dünyada bir ilkdir. İsveçin nəqliyyat orqanı T-poda qısa da olsa ictimai yollarda test edilməyə icazə verib. Pilotsuz avtomobil Yönçöpinq rayonu ərazisində DB Schenker firmasının anbar və terminalı arasında hərəkət edir, maksimal sürətsə 5 km/saatla məhdudlaşdırılıb. Yük maşının Telia operatoru və Ericsson kommunikasiyasının bulud platformasının şəbəkəsinə qoşulması üçün iki 5G qülləsi tikilib. T-pod 200 kilovatt-saat həcmli batareyaya sahibdir və birdəfəlik enerjilə 200 kilometr məsafə qət edə bilir. Ən yüksək gedə biləcəyi sürət 85 km/saatdır. 4-cü səviyyəli avtopilot Nvidia Drive
platforması ilə işləyir və məlumatları iki kameradan, iki lidar və 3 radardan alır. T-pod tam yüklənməklə 26 ton daşımaq gücündədir. Pilotsuz maşını operator idarə edir və eyni anda 10 bu tip nəqliyyat vasitəsinə nəzarət etmək iqtidarındadır. 2020-ci ilə kimi kommersiyalı T-poddan 200 ədəd hazırlanacaq.