Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin peşə hazırlığı, mübadilə proqramlarında iştirakı, müasir təlim proqramlarına cəlb olunması diqqətdə saxlanılır. Aqrar sahəyə dövlətin mövcud dəstəyi fonunda kadr hazırlığının təmin edilməsi universitetin üzərinə düşən əsas vəzifədir. Elə tələbələrin sayının qısa müddətdə 5 mindən 10 minə artırılması bu məqsədə xidmət edir. Yataqxanaların və tədris korpuslarının tikintisi, təcrübə mərkəzlərinin yaradılması isə yeni ixtisasların yaradılmasını zəruri edir.
Tədbir çərçivəsində kənd təsərrüfatı naziri İnam Kərimov yarmarkaya dəvət olunan şirkətlərin nümayəndələri ilə görüşüb. Universitetin İnnovasiya Mərkəzində yaradılan şəraitlə tanış olub.
Aparıcı müəssisə və təşkilatlar tərəfindən yarmarkaya çıxarılan iş yerləri barədə məzunlara məlumat verilib. 44 rayondan 151 müəssisə 1124 iş yeri təklif edilib. Bu il universitetdən 1170 nəfər məzun olacaq.
Nazir İnam Kərimov ADAU-nun 2 saylı yataqxanasının zalında Aqrar İnkişaf Könüllüləri ilə də görüşüb.
- Baxış: 1224