KepezTV Player
Gəncədə Nizami bələdiyyəsi tərəfindən rayon ərazisində əyləncə meydançaları yaradılıb. Balacaların asudə vaxtlarını səmərəli keçirmək məqsədilə Məhrəsə Bağı, Hacı Zeynalabdin Tağıyev parkı və Nizami kinoteatrının qarşısında müxtəlif qurğular quraşdırılıb. Burada həm idman etmək, həm də əylənmək mümkündür. Məhəllələrdə salınan ictimai yerlər uşaqların sevincinə səbəb olub.
şəhər sakini: Mən buranı çox sevirəm hər gün dərslərimi oxuduqdan sonra bura gəlirəm və dostlarımla burada oynayıram.
şəhər sakini: Mən burada özümə çoxlu dostlar qazanmışam. Bura çox yaxşıdır. Hər gün gəlib burda dostlarımla müxtəlif oyunlar oynayırıq.
- Baxış: 679