• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2003
— 31.05.2019 19:14

Uşaqların nağıl dünyası..

KepezTV Player

Gəncədə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirilib. Təşkil olunan konsert-proqramında fidan balalar bir-birindən maraqlı kompozisiyalar göstərib, rəqs ediblər.

Bu gün Gəncə Şəhər İcra Hakmiyyətinin dəstəyi ilə balacalar Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında bir araya gəlib. Proqramda Gəncədə fəaliyyət göstərən 20-yə yaxın uşaq bağçası körpələr-evinin kollektivləri iştirak ediblər.

"Uşaqların nağıl dünyası" adlı tədbirdə Gəncə Dövlət Kukla Teatrının aktyorlarının ifasında "Karlson" cizgi filmindən səhnəcik də nümayiş etdirilib.

Tədbirdə azyaşlılar xarici və milli rəqslər ifa ediblər. Həmçinin, "Rəssamın rəqsi", "1 İyun", "Sülh mahnısı", "Göyərçinlər" və digər kompozisiyalar nümayiş olunub. Böyük anşlaq yaşanan konsert-proqramı alqışlarla qarşılanıb.