• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1225
— 31.05.2019 18:13

Narkotik becərən Astara sakinləri saxlanılıb

Narkotik becərən Astara sakinləri saxlanılıb. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2019" tədbirlər planı çərçivəsində daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahağacı kənd sakini, əvvəllər məhkum olunmuş Yadigar Şükürovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu, Ərçivan qəsəbəsinin sakini Elman Məmmədovun yaşadığı evin həyətindən isə 57 ədəd xaş-xaş bitkisi, aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.