Yaz-yay mövsümündə xırda buynuzlu heyvanlar arasında ən çox rast gəlinən və yayılan infeksion xəstəliklərdən biri də dabaqdır. Bunu nəzərə alan Kəlbəcər rayonunun baytarları təsərrüfatlarda peyvəndləmə işlərinə başlayıb.
Respublikanın 56 şəhər və rayonunda 1100-dən artıq yaşayış məntəqəsində məskunlaşan Kəlbəcərdən olan məcburi köçkünlər tərəfindən 170 mindən çox xırda, 25 minə yaxın iri, 1000-dən çox təkdırnaqlı heyvan və 70 min ev quşu bəslənir. Heyvanların baytarlıq tədbirlərindən kənarda qalmaması üçün Rayon Baytarlıq idarəsi tərəfindən 8 baytar sahə məntəqəsi faəliyyət göstərir. Baytarlar xırda və iri təsərrüfatlarda epizootik plana uyğun peyvəndləmə aparır. Tədbirlə nəticəsində 78 min başdan çox xırda buynuzlu heyvanı peyvənd edilib.
Samir Məmmədov - təsərrüfat sahibi: Göygöl rayonun Quşqara kəndində yaşayıram. 200 baş təsərrüfatım var. Kəlbəcər rayon baytarları təsərrüfatlarımıza gəlib tədbirlər görür. İndi də dabaq tədbiri keçirilir. Dabaq tədbirindən sonra heyvanı yaylağa aparacağıq.
İyunun sonuna kimi başa çatacaq peyvəndləmə tədbirləri zamanı soyuq zəncir rejiminə əməl edilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən göndərilən vaksinlər təsərrüfatlara termoçantalarda gətirilir.
Mirzəli Məmmədov - Kəlbəcər Rayon Baytarlıq İdarəsinin rəisi: Kəlbəcərli məcburi köçkünlərin iri buynuzlu heyvanlarından qarayara, dabaqxəstəliyi əleyhinə, nodilyardermativ xəstəliyi, brusilyoz xəstəliyi əleyhinə eyni zamanda xırda buynuzlularda da peyvəndləmə işləri davam etdirilir. İndiyə kimi Kəlbərərlilərin heç birinin heyvanında xəstəlik olmayıb. Tam məsuliyyətimlə deyə bilərəm ki, epizodik durum sabitdir.
Baytar həkimlər fermerləri heyvanların saxlanması, xəstəliklərdən qorunması və yemləndirilmə ilə bağlı maarifləndirir və təsərrüfatları dezinfeksiya edirlər.
- Baxış: 1111