• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 801
— 31.05.2019 19:10

Dövlət qulluqçusu olmaq istəyənlərlə görüş

KepezTV Player

Gəncədə yerləşən ali təhsil ocaqlarının tələbələri Azərbaycan Dövlət Aqrar Universitetində bir araya gəlib. Dövlət qulluğuna qəbul sistemi: cari vəziyyət, çağırışlar və hədəflər adlı tədbirdə toplaşan gənclərə imtahan üçün hazırlaşmaq qaydaları izah edilib. Dövlət qulluğu ilə bağlı kifayət qədər vakant yer təqdim olunsa da müraciətlərin yetərli olmaması söylənilib. Anoloji tədbir Bakı və Lənkəranda da keçirilib.

Tural Əlizadə- DİM-in sektor müdiri: DİM olaraq dövlət qulluğunun təşviqi məqsədilə biz Azərbaycanda olan ali təhsil müəssisələrinin sonuncu kurs tələbələri eyni zamanda magistratura pilləsində təhsil alan tələbələrə dövlət qulluğu ilə bağlı məlumat verilməsi, dövlət qulluğuna marağın artırılması, maarifləndirilməsi və onların dövlət qulluğuna təşviqi ilə bağlı silsilə tədbirlər həyata keçirilir. Tələbələri daha çox dövlət qulluğuna qəbul qaydalarıdır. Müsahibə mərhələsində nələrə diqqət etməlidirlər, müsahibəyə gəlmədən öncə daha çox hansı istiqamət üzrə hazırlaşmalıdırlar? Bu istiqamətdə bizə daha çox suallar təqdim edirlər.