• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1433
— 31.05.2019 19:08

Tədrisdə keyfiyyətin yüksəldilməsi müzakirə edilib

KepezTV Player

Azərbaycanın orta ümumtəhsil müəssilərində mövcud problemlərin aradan qaldırılması üçün sistemli mexanizmin qurulmasına ehtiyac var. Bu fikri Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Gəncədə hesabat xarakterli yığıncağında səsələndirib. Həmçinin məktəbələrdə təlim-tərbiyə işinin yüksək səviyyədə təşkil edilməsi, müsbət təcrübənin davamlılığının təmin edilməsi, eləcə də çatışmazlıların aradan qaldırılması məqsədilə yay tətilində rəhbər heyyətilə bu sahənin təkminləşdirilməsi üçün təlimlərin keçiləcəyi önə çəkilib. Samux və Göygöl təhsil şöbələrinin, eləcə də Gəncə şəhər təhsil idarəsinin rəhbərlərinin hesbatları dinlənildikdən sonra 9-cu sinif buraxılış imtahanlarının nəticələri, ali təhsil müəssilərinə sənəd verən və qəbul olanların statistik göstəriciləri müzakirə olunub. Təhsil müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsi istiqamətində yeni inşa olunan, cari və əsaslı təmir aparılan məktəblər haqqında məlumat verilib.

Məhəbbət Vəliyeva - Təhsil nazirinin müavini: “ Bu hesabatların dərs ilinin sonuna düşməsinin bir məqsədidə bundan ibarətdir ki, təhsil müəssisələri qarşısında qoyulan tələblər, verilən tapşırıqlar onlara yay dövründə, növbəti dərs ili üçün yaxşı səmərəli planlaşdırma imkanı versin.”