• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2085
— 31.05.2019 12:02

2 hektarda taxıl yanıb

KepezTV Player

Kürdəmir rayonunda biçilməmiş taxıl zəmisində yanğın olub. Hadisə Yenikənd kəndi ərazisində Fikrət Abdullayevə məxsus 44 hektarlıq zəmidə qeydə alınıb. Şahidlərin sözlərinə görə, taxıl biçini aparılarkən kombaynın səsboğucu borusundan od püskürüb və 2 hektar sahə tamamilə yanıb. Əraziyə yanğınsöndürənlər cəlb olunublar. Alovun qarşısı alınıb. Fermerə dəyən ziyan araşdırılır.