• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 800
— 31.05.2019 10:03

Aston Martin Ceyms bondun yeni avtomobilini göstərdi

Aston Martin ekstremal DBS Superleggera avtomobilini nümayiş etdirib. İki qapılı maşın, Ceyms Bond haqqında olan “Əlahəzrətin gizli xidmətində” (1969) filminin 50 illik yubileyinə həsr olunub. Kupe özəl dekor və kuzov rənginə fərqlənir. Aston Martin tərəfindən belə maşından cəmi 50 ədəd buraxılması planlaşdırılır. Hər bir DBS Superleggera “Əlahəzrətin gizli xidmətində” filmində olan avtomobilin orijinal rəngi olan Olive Greenlə boyadılacaq. Klassik kupeni radiator barmaqlığı da xatırladacaq. Salon qara dəri və qırmızı çalarları olan boz alkantarla işlənib. Aston Martin DBS Superleggeranın kapotu altında 5,2 litrlik V12 motor yerləşdirilib. 725 at gücü ilə maşın yerindən 100-ü 3,4 saniyəyə yığır. Maksimal sürət isə 342 km/saata çatır. Xüsusi versiya ilə müştərilər əlavə olaraq içkiləri yerləşdirmək üçün özəl bölmə də əldə edə bilərlər. Ceyms Bondun yeni maşını da qəhrəmanın casus nömrəsini xatırladır: 300 007 funt sterlinq. Bu da hazırkı kursla təxminən 340 min avrodır.