• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2149
— 31.05.2019 10:02

Ən güclü Mercedes-Benz GLE

Amerika bazarında Mercedes-Benz GLE-nin GLE 580 4Matic modifikasiyası debüt edib. Krossover starter generatorla inteqrasiya olunmuş 8-lik biturbo və 48 voltluq bort elektro şəbəkəsilə təchiz olunub. Bunlar mühərrikə əlavə güc verir və əyləc zamanı enerjini bərpa edir.  Mercedes-Benz GLE 580 4Matic 4 litrlik iki turboşarjla hərəkətə gəlir. At gücü 490-a bərabərdir. Təchizat siyahısında təbii səsi ayırd edən və Interior Assistant adlı sərnişinlərin hərəkətlərini öncə görən funksiyası olan MBUX mediakompleksi, dəri salon və AMG Line eksteryer paketi tapmaq olar. Krossoverə E-Active Body Control hidropnevmatik asma və 22 düymlük təkərlər istəyə görə əlavə oluna bilər.