• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 879
— 31.05.2019 10:01

Kosmosda uçan robotlar test edildi

Beynəlxalq Kosmik Stansiyada Astrobee Bumble uçan robotunun ilk sınaqları başa çatıb. Stansiyaya avtomatik rejimdə xidmət göstərəcək robot daha təkmil qurğuların yaradılmasına kömək edəcək məlumatlar toplayacaq.

Bumble stansiyada işləməsi nəzərdə tutulan robotlardan biridir. Honey və Queen adlanan digər iki robot astronavtların diqqəti elmi tədqiqatlara yönəltməsi üçün ekipaja kömək edəcək və gündəlik tapşırıqları yerinə yetirəcək. ABŞ Kosmik Agentliyinin (NASA) nümayəndələrinin fikrincə, bu, həmçinin stansiyada insanların sayını azaltmağa imkan verəcək. Astrobee sisteminə robotlarla yanaşı, enerjidoldurma stansiyası daxildir. Agentlik nümayəndələrinin sözlərinə görə, robotlar Beynəlxalq Kosmik Stansiyada çəkisizlik şəraitində sərbəst uça biləcəklər. NASA mütəxəssislərinin qənaətinə görə, sistemin sınağı gələcək kosmik uçuşlar üçün təkmilləşdirilmiş yeni avadanlıq və proqramlar hazırlamağa imkan verəcək.