• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 791
— 30.05.2019 19:29

Gəncədə Yaradıcılıq festivalına yekun vurulub

KepezTV Player

Gəncədə məktəblilər arasında keçirilən yaradıcılıq müsabiqəsinə yekun vurulub. Mayın 10-dan etibarən məktəb turları ilə başlayan yarışmanın finalına öz istedadları ilə fərqlənənlər qalıb.1 iyun Uçaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir xüsusi istedada malik uşaqların üzə çıxarılması məqsədi daşıyıb. Uşaqlar rəsm, rəqs,şeir, futbol, şahmat və əl işi nominasiyaları üzrə əyləncəli mübarizəyə qatılaraq daha yaxşı olmağa çalışıblar. Münsiflər heyyətinin seçimi ilə yarış qalibi olan məktəblilərə medallar, diplomlar və hədiyyələr təqdim edilib. Həmçinin, futbol üzrə keçirilən yarışın qalib komandası kuboka sahib olub. Uşaqların yaradılan belə imkanlardan yararlanmasının önəmi vurğulanıb.