• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 962
— 30.05.2019 19:23

Gələcəyin tibb işçiləri

KepezTV Player

Ölkənin ən yaşlı tibbi təhsil verən məktəblərindən biri olan Gəncə Tibb Kollecində məzun günü keçirilib. 1931-ci ildən fəaliyyət göstərən kollecdən bu gündək 55 min tələbə məzun olub. 2018-2019-cu tədris ilində təhsil ocağını müalicə işi, mamalıq, əczaçılıq və tibb bacısı ixtisasları üzrə 213 tələbə məzun adını qazanıb. Məzun günündə tələbələrin yüksək keyfiyyətli təhsil almaq üçün kollecdə yaradılan şəraitdən söz açılıb,  3 il müddətində əldə edilən elmi biliklər və təcrübələrin insanların sağlamlığı naminə istifadə ediləcəyi dilə gətirilib. Pedaqoji heyyət məzunlara bu işdə peşəkarlıq və gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıblar. Səhiyyə Nazirliyinin göstərişi ilə kollecdə yeni ixtisasların tədrisi və buna uyğun olaraq müasir labaratoriyaların qurulacağına da diqqət çəkilib. Təhsildə fərqlənən məzunlar mükafatlandırılıb.