• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2144
— 30.05.2019 19:02

Yeni bina ilin sonuna hazır olacaq

KepezTV Player

Gəncədə ötən il noyabrında partlayış baş verən binanın yerində yenisi tikilir. Şahlar Hüseynov 13 A ünvanındakı 5 mərtəbəli tikili sökülüb və yeni binanın bünövrəsi və zirzəmi hissəsində beton işləri tam yekunlaşıb, 1-ci mərtəbənin dəmir-beton işləri aparılır. Layihəyə uyğun olaraq 5 mərtbəli olacaq binada 2 blok və 1, 2 və 3 otaqlı olmaqla 50 mənzildən ibarət olacaq. Partlayış nəticəsində dövlət hesabına kirayədə yaşayan sakinlər yeni tam təmirli mənzillərinə bu ilin sonuna kimi köçə biləcəklər. Binanın istilik sisteminin qurulması da layihəyə daxil edilib. Ölkə Prezidentinin ehtiyat fondundan ayrılan 3,7 milyon manat vəsait hesabına görülən işlərə bu aydan başlanlıb.

Tahir Abdullayev iş icraçısı: “Bina tikilib qurtardıqdan sonra ərazidə abadlıq işləri aparılacaqdır. Burada xeyir şər üçün 1 mərtəbəli tikili olubdur və o layihəyə mane olduğu üçün tərəfimizdən sökülübdür. İşlərimiz tam yekunlaşdıqdan sonra onu da binanın sol tərəfində tikərərk sakilərin ixtiyarına verəcəyik”