• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1047
— 30.05.2019 12:38

Qazaxda mina partladı

KepezTV Player

Qazaxda hərbi sursat tapılıb.Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Kəmərli kəndi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndəriliblər. Otlaq sahəsinə baxış zamanı iki ədəd tank əleyhinə mina - TM-62M aşkar olunub, üzərində partladıcıları olduğuna görə partlayış yolu ilə yerində zərərsizləşdirilib.

Minaların ətrafında 10 kv.m əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.