• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1776
— 30.05.2019 12:35

Oğlu oğru çıxdı

KepezTV Player

Suraxanı rayonu Hövsan qəsəbəsində paytaxt sakini Seyfulla Rzayevə məxsus mənzildən oğurluq edilib. Naməlum şəxs və ya şəxslər evdən içində 30.000 ABŞ dollar olan seyfi götürərək hadisə yerindən qaçıblar. Suraxanı Rayon Polis İdarəsi və 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən ev sahibinin oğlu Nəriman Rzayev və onun tanışı Atamoğlan Cəbrayılov saxlanılıblar. Dindirmə zamanı saxlanılan şəxslər əməllərini etiraf ediblər.

Hadisədən sonra Nəriman Rzayev və Atamoğlan Cəbrayılov izi itirmək məqsədi ilə ev əşyalarını dağıdıb, pəncərəni sınıdırblar. Pulun bir hissəsini oğul götürərək kreditdə olan avtomobilinin borcunu ödəyib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.