• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 927
— 30.05.2019 12:33

Azərbaycanda 1 yaşadək olan uşaqların sayı açıqlanıb

KepezTV Player

2018-ci ildə Azərbaycanda 1 yaşadək 1547 uşaq dünyasını dəyişib. 2017-cı ildə ölkədə 1700, 2016-cı ildə 1666 uşaq, 2015-ci ildə isə 2033 nəfər 1 yaşadək uşaq dünyasını dəyişib. 1 yaşadək uşaqların ölümünün ilk səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Ötən il bu hallardan 1001 körpə dünyasını dəyişib. Körpə ölümlərinin səbəbləri arasında sonrakı yerləri tənəffüs sistemi xəstəlikləri tutur. Bu səbəbdən ötən il 140 uşaq ölüb. Ötən il anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozuntularından 147, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 12 körpə dünyasını dəyişib.