• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1314
— 29.05.2019 18:26

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar bacarıqlarını nümayiş etdirdi

KepezTV Player

Sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyası, istedadlarının üzə çıxarılması və sosial fəallığının təmin edilməsi məqsədilə Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzi tərəfindən daha bir tədbir reallaşıb. Bu dəfə də uşaqlar səhnədə nəyə qadir olduqlarını nümayiş etdiriblər. Xüsusi qayğıya ehtiyacı olan uşaqların bacarıqlarının artırılması, onlarda özünə inamın yaradılması, həmçinin inklüzivliyinin artırılmasına xidmət edən tədbirdə balacalar rəqs edib, şeir söyləyib, mahnılar oxuyublar. Eləcə də nümayiş etdirilən səhnəciklər bir-birindən maraqlı alınmaqla tamaşaçıların alqışlarını qazanıb. Tədbir 1 iyun "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunub.