• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1367
— 29.05.2019 18:09

Tibbi müayinə və peyvənd başa çatıb

KepezTV Player

Gəncədə əhlinin tibbi müayinəsi və qızılca, məxmərəyə qarşı peyvənd başa çatıb. Aparılan tibbi müayinə zamanı 178 mindən çox sakin yoxlamadan keçib. Qqızılca və məxmərəyə qarşı isə 6400-ə yaxln vətəndaş peyvənd edilib.

Ölkə başçısı tapşırığına əsasən keçirilən əhalinin tibbi müayinəsi Gəncədə 6 poliknikada və xəstəxanalarda reallaşıb. Şəhər üzrə 18 yaşdan yuxarı 215 min 209 nəfərin səhhətini yoxlamaq planlaşdırılsa da onlardan 178 min 207 nəfəri müayinələrdən keçib. Onlardan 52 min nəfər ambulator, 1000 nəfərə yaxın sakin isə stasionar müalicəyə cəlb edilib. 400 nəfərə yaxın vətəndaş isə Bakı şəhərinə ixtisaslaşmış tibb müəsisələrinə göndərilib.

Akif Zərbəliyev - Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini: Ötən illə müqayisədə əhali arasında xəstəliklərin yayılma intensivliyində fərq olmayıb. Ötən ildə birinci yerdə tənəffüs sistemi xəstəlikləri, ikinci yerdə ürək qan damar sistemləri xəstəlikləri, üçüncü yerdə həzm sistemləri xəstəlikləri olub. Bu ildə həmin xəstıliklər aşkar olunub. Bundan başqa əhatə faizimiz ötən illə müqayisədə bir qədər də artıb. Ötən illərin təcürbəsinə əsasən bir qədər də səmərəli bir qədər də praktik, bir qədər də əhəmiyyətli dərəcədə də əhalinin faizi bir qədər çox olub.

İnfeksion və insana keçmə risqi daha çox olan xəstəliklərdən olan qızılca və məxmərək də səhiyyə işçilərinin diqqət mərkəzində olub. Martın əvvəlindən başlayaraq 7-40 yaş arası vətəndaşlar peyvəndə cəlb edilib. Şəhər üzrə 10-11 yaş arası 311, 11-17 yaş arası 3132, eləcə də 18-40 yaş arası 3263 nəfər qızılca və məxmərəyə qarşı peyvənd edilib.

Almaz Tomiyeva - Gəncə şəhər GEM-in şöbə müdiri: Peyvənd otaqlarında şok əleyhinə peyvənd dəstləri hazırlanıb. Hər hansı bayılma olarsa şok əleyhinə tədbirlər görülsün. Çox rahat keçdi tədbirlərimiz. İndiyə qədər də bizə müraciət edənlər var.

Gəncə şəhər səhiyyə idarəsində keçirilən bütün müayinə və peyvəndlərin təhlilli aparılır, epidemioloji vəziyyətin sabit olduğu bildirilib.

 

Elnur Vahidoğlu