• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1970
— 29.05.2019 18:14

Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun xatirəsi yad edilib

KepezTV Player

Bu il anadan olmasının 100 illiyi qeyd edilən Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun xatirəsi adını daşıdığı 27 nömrəli məktəb-lisydə yad edilib. Ölkənin tanınmışları sırasında olan İsrafil Məmmədov barədə fikirlər ssləndirilib, qəhrəmanlığından danışılıb.

Məktəbdə mütəmadi olaraq, vətənpərvərlik mövzusunda söhbətlər aparılır, qəhrəman Azərbaycan oğullarının göstərdiyi şüacətlər şagirdlərin diqqətinə çatdırılır. İsrafil Məmmədovun 100 illik yubileyinin qeyd edilməsi bu silsilədən olan tədbirlərdəndir.

Ramil Əliyev - direktor müavini: “Şagirdlərimiz arasında may ayından etibarən mütəmadi olaraq, İsrafil Məmmədovun ev muzeyinə ekskursiyalarımız olub. Məktəbdə təhsil alan bütün şagirdlər arasında inşa, rəsm müsabiqəsi keçirmişik. İnşa müsabiqəsinin qalibi 9-cu sinif şagirdi Əfsanə Məmmədova, rəsm müsabiqəsində isə Fidan balamız 1-ci yeri qazanıb”.

Müsabiqədə qalib gələn şagirdlər fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb. Bu gün keçirilən tədbirdə isə şagirdlər əvvəlcə məktəbin dəhlizində yerləşən İsrafil Məmmədovun stendi önünə qərənfillər düzüblər. Azərbaycanlı ilk Sovet İttifaqı Qəhrəmanının şəkillərindən ibarət, həyatından bəhs edən video-çarx, 1-cilərin ifasında rəqs nümunələri və mahnılar təqdim olunub. Şagirdlər İsrafil Məmmədovun döyüş səhnəsindən olan kiçik epizodu canladırıblar.

Ramil Əliyev - direktor müavini: “Əsas məqsəd şagirdlərimizə İlk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovu tanıtmaq, onun qəhrəmanlığını şagirdlərimizə düzgün aşılamaqdır. Biz şagirdləri milli-vətənpərvər ruhda böyüməsini təmin etməkdir”.

İsrafil Məmmədovun qohumlarının da iştirak etdiyi tədbirin məktəbliləriin milli ruhda, vətənpərvər olaraq tərbiyəsində rolu vurğulanıb.