• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1401
— 29.05.2019 18:12

Selin vurduğu ziyan aradan qaldırılır

KepezTV Player

Ötən gün Gəncədə doluyla müşayət olunan leysan yağış bir sıra problemlərə yol açıb. Sel suları şəhərin küçə və prospektlərində yolları keçilməz edərək evlərə dolub. Bu gün səhər saatlarından başyaraq təbii fəalkətin yaratdığı fəsadların aradan qaldırılmasına başlanılıb.

Fazil Adigözəlov - şəhər sakini: Çox güclü leysan yağdı küçələr, yollar bütün su idi. Təzə vurulan asfaltı xarab elədi, evlərin çoxunun dam örtüyü damdı, bir sözlə bizə ciddi problemlər yaratdı. Buna yağış demək olmaz leysanıydı.

Vəfa Məmmədova - şəhər sakini: Dünən yağan yağış bu keçidə dolmuşdu buradan istifadə etmək mümkün deyildi. Sağ olsun kommunalın işçilərini buranı da, şəhərin başqa yerlərini də təmizləyirlər.

Ötən gün Gəncə şəhər ərazisinə yağan fasiləsiz yağış şəhərin Heydər Əliyev prospekti ilə Cavadxan küçəsinin kəsişməsindəki yeraltı piyada keçidində də bu mənzərəni ortaya qoyub.

Normadan artıq yağan yağışın yaratdığı sel suları şəhərin küçə və prospetlərində, eləcə də səkilərdə hərəkəti çətinləşdirib. Buna səbəb sularla gələn daş, qum və tullantıların yollarda qalaqlanması olub. Bu səbəbdən şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvəsi və texnikası yaranan çətinliklərin aradan qaldırılmasına cəlb edilib.

Nadir Əsədov - Gəncə şəhər MKTİB-nin rəis müavini: Şəhərin bir neçə yerində aramsız yağan yaşığın yaratdığı fəsadlar aradan qaldırılır, ancaq problemlərimiz hələdə qalmaqdadır. Bunu üçün biz yeni qüvvələr cəlb etmişik, küçələrin süpürülməsi aparılır. Yağışın gətiridiyi daşlar, qum, çınqılın tərəfmizdən ərazidən yığıllaraq daşınması təmin olunur.

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzindən verilən məlumata görə, ümumlikdə 40-dan çox ünvanda evlərin zirzəmilərinə, həyətyanı sahələrə su dolub. Problemin aradan qaldırılması üçün xilasetmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Məmməd Tağıyev - FHN-nin Gəncə Regional Mərkəzinin rəis müavini: Nazirliyini Gəncə Regional Mərkəzinin və Yanğından Mühafizə Hissəsinin şəsi heyyətin köməyi ilə Gəncə şəhərini Vəli Xuluflu, Təbriz, Pərviz Səmədov, Bağmanlar, Ələkbər bəy Rəfibəyli, Bayan küçələrində, Sadıllı və Məhsəti qəsəbələrindəki evlərdən sel sularını evkərdən çəkilməsi işləri həyata keçirilmişdir.

Evlərdən su çəkmə işlərinə 40-dan artıq canlı qüvvə və 20-ə yaxın motopompa cəlb edilib.