• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 837
— 29.05.2019 18:06

Gəncədə basketbol üzrə turnir start götürüb

KepezTV Player

Yarış 28 may Respublika Gününə həsr olunub.

Yerli Olimpiya İdman Kompleksinin ev sahibliyi etdiyi birinciliyin açılış mərasimində bu tarixi günün Azərbaycanın həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğu, xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyi  qeyd olunub. Rəsmi hissəsə həmçinin, bu cür yarışların keçirilməsinin əhəmiyyəti vurğulanaraq, basketbol idman növünə artan maraqdan bəhs olunub.

Turnir 2 yaş qrupu üzrə keçirilir. Hər yaş qrupunda 8 komanda mükafatlar uğrunda qüvvəsini sınayır.

Yarış Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi ilə 1 saylı Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşəbbüsü ilə reallaşıb. Birincilikdə yerli komandalarla yanaşı, Göygöl və Cəlilabad basketbolçuları iştirak edir.

Qeyd edək ki, bu turnir ənənəvi xarakter daşıyır. Artıq 10 ildir ki, davamlı olaraq Gəncə 28 may Respublika Günü münasibətilə yarışa ev sahibliyi edir.

 

Azad Rəfi