• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 3257
— 28.05.2019 20:03

“Gəncə Kuboku 2019” Mini Futbol Liqasında finalçılar bəlli olub

KepezTV Player

Həlledici mərhələyə gedən yolda yarımfinalın cavab oyunları gərginliyi ilə seçilib. Bu mərhələdə üz-üzə gələn komandalar finalçıları müəyyənləşdirib. İki görüşün nəticəsinə əsasən, “Uraqan” və “Ruslan” kollektivləri rəqiblərinə qalib gələrək finala vəsiqə qazanıblar. Hər iki komandanın heyətində futbol veteranları və aktiv oyunçu statusunda olan futbolçular yer aldığından azarkeşləri olduqca maraqlı finalın gözlədiyini söyləmək olar.  Qeyd edək ki, Gəncədə ilk dəfə təşkil edilən yarışa ötən ay 64 komandanın iştirakı ilə start verilmişdi. Bu qədər komanda sayı Mini Futbol Liqası üçün rekord göstəricidir. Gəncə Kubokunda fəxri yerlərdə qərarlaşacaq komandalar medal və müxtəlif məbləğdə pul mükafatı, çempionatın qalibi isə həm də kubokla təltif ediləcək. Bundan əlavə, yarışın bombardiri xüsusi kubokla mükafatlandırılacaq.

 

Orxan Cəfərzadə