• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1101
— 29.05.2019 12:14

Şəmkirlilər şəhidləri yad edir

KepezTV Player

Torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə Şəmkirdə yeni layihələr icra edilir. Rayonun Qapanlı kəndində abidə kompleksi inşa edilib, Abbaslı kəndində isə şəhidin büstü qoyulub. 

Şəmkirin Qapanlı kəndində Qarabağ şəhidlərinin xatirəsi abidə kompleksi ilə əbədiləşdirilib. Ölkədə həyata keçirilən ordu quruculuğundan və bu sahədə əldə olunan naliyyətlərdən danışılıb. Torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə Şəmkir gənclərinin göstərdiyi şücayət diiqətə çatdırılıb. İlk azərbaycanlı Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun doğulduğu Qapanlı kəndinin oğullarının Qarabağ döyüşlərində mərdliklə vuruşduğu, 6 nəfərin şəhid olduğu bildirilib. Şəhid ailələri vətən uğrunda canlarını qurban verən qəhrəmanların xatirəsinə göstərilən diqqəti minnətdarlıqla qarşılayıblar.

Məzahir Səmədov - şəhid atası: Şəxsən mən deyirdim ki, o vaxtı Mehdi Hüseynzadə əfsanəvi qəhrəmandır. Amma sonra mən müharibədə olanda gördüm ki, Mehdi Hüseynzadə doğrudanda yaxşı qəhrəman olub. Bizim bu dəqiqə elə cavanlar var ki, Mehdi Hüseynzadə kimi vuruşur və özünü oda çaxır.

Abbaslı kəndində isə şəhid Ələmdar Ələkbərovun təhsil aldığı məktəbin həyətində büstü qoyulub. Onun şərəfli döyüş yoluna nəzər yetirilib, torpaqlarımızın müdafiəsi uğrunda Qazax rayonu istiqmaətində gedən döyüşlərdə iştirak edir. Ağdərə istiqamətində gedən döyüşlərdə də düşmənə mərdliklə müqavimət göstərib və şəhid olub.

Gülbəniz Bayramova - məktəb direktoru: Ələmdar Ələkbərov bizim xatirələrimizdə yaxşı oxuyan nizam intizamlı vətənpərvər vətənini sevən bir oğlan kimi qalıb. O yoldada gedib vətən yolunda canını fəda edib şəhid oldu.

Allahyar Ələkbərov - şəhidin qardaşı: Biz fəxr edirik ki, qardaşımız torpa quğrunda şəhid olub. Lazım gələrsə bizdə canımızı verməyə hazırıq. Ali Baş Komandanımız İlham Əliyev əmr versə günü bu gün mən döyüşə gedərəm.

Çıxışlarda Azərbaycan əsgərinin vətənpərvərliyinin və ordunun maddi-texniki imkanlarının gücləndirilməsindən söz açılıb. Vətən oğullarının qanının yerdə qalmayacağı və işğal altında olan torpaqlarımız azad olunacağına əminlik ifadə edilib.

 

Natiq Hüseyn