• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 872
— 29.05.2019 10:03

Ev maşınları kraş-testdən keçirdilər

İsveçin Dövlət Nəqliyyat Komitəsi ev maşınların kraş-testlərini paylaşıb. Sınaqlarda iki kemper iştirak edib və hər ikisi də uğursuz olunub. İsveçdə bu tip avtomobillərə artan maraq nəzərə alınaraq analoji test həyata keçirilib. 2014-cü ildən qeydiyyata alınmış motorhoumların sayı 50 faiz artıb. Bu müddətdə ölümlə nəticələnən ağır qəzaların sayı da çoxalıb. Təkərlər üzərində olan evlər qəzaya uğraması ilə son 5 ildə 6 nəfər həlak olub. Onlardan 4-ü məhz bu il dünyasını dəyişib. Qəzaların əksəriyyəti öndən toqquşma ilə baş verib. Kraş-testlərə gəldikdə burada maşınlar 64 km/saat sürətlə özlərini maneələrə çırpıblar. Testlərin nəticəsinə görə, toqquşma zamanı içəridə olanların sağ qalmaq ehtimalı çox azdır. Onları hətta təhlükəsizlik yastıqları da xilas etməyə bilər. Qəza olanda salonda olan mebel və məişət texnikası yerindən çıxır, qarşı tərəfə uçur. Bu da sərnişinlərin məhz avadanlıqlar ucbatından zərər görməsinə gətirib çıxarır. Nəzərə alsaq ki, əksər ev maşınların mebelləri taxta materialındandır, o zaman qəza vaxtı salondakıların nələr yaşadığını təsəvvür etmək elə çətin deyil. Bu cür kraş-testlərin keçirilməsi ev maşınları istehsal edən şirkətləri təhlükəsizlik barədə daha ciddi düşünməyə vadar edəcək.