• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 895
— 29.05.2019 00:10

Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

KepezTV Player

Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb. Hadisə Şəmkir şəhər Şıxəli Qurbanov küçəsində qeydə alınıb. Rayon sakini 45 yaşlı Nemət Budaqov "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən Gədəbəy rayon sakini, 57 yaşlı Binnət Qasımovu vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib. Meyit müayinə üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.

Şirvan şəhəri Heydər Əliyev prospektində “Qaz-31” markalı avtomobil yolu keçmək istəyən şəhər sakinləri - 49 yaşlı Xalid Məmmədov və 41 yaşlı Dmitri Çikunovu vurub. Hər iki piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb, hadisə yerinə gələn təcili yardım maşını ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi yardımdan sonra Xalid Məmmədov reanimasiya, digəri piyada isə travmatologiya şöbəsinə yerləşdirilib. Halı pisləşən Dmitri Çikunovun həyatını xilas etmək mümkün olmayıb. O, travmatologiya şöbəsində keçinib.

Bakının Nəsimi rayonunda da yol-nəqliyyat hadisəsi baş verib. Ziya Bünyadov prospektindəki körpünün üzərində metronun "Koroğlu" stansiyası istiqamətində hərəkətdə olan "Shacman" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Maşın eyni istiqamətdə yolun sol zolağı ilə gedən "Chevrolet"ə, zərbənin təsirindən minik avtomobili də yolayırıcı betona çırpılıb. Qəza nəticəsində minik maşınında olan sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktlarla bağlı araşdırmalara başlanılıb.