KepezTV Player
Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 101-ci il dönümündə Gəncə Şəhər İctimaiyyətinin nümayəndələri Xalq cümhuriyyəti müzeyə baş çəkib, tariximizin qızıl səhifələrini bir daha vərəqləyiblər. Muzeydə həmin dövrdə istifadə olunan pul vahidləri, poçt markaları, hərbi geyimlər, orden və mükafatlar nümayiş olunur. AXC qurucuları, onların həyat və siyasi fəaliyyətlərini əks etdirən məlumat və fotoşəkillər də diqqət çəkən eksponatlar sırasındadır. Muzeydə ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin AXC-yə verdiyi qiymət və göstərdiyi münasibətin əyani sübutları yer alır. Muzeylə tanışlıqdan sonra qonaqlar Azərbaycan Dövlət Aqrar Universitetinin inzibati binasında sərgilənən sənəd və fotoşəkillərə baxıblar.
- Baxış: 785