• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 3255
— 28.05.2019 11:21

Şəmkirdə həyətində narkotik əkib becərən şəxs saxlanıldı

KepezTV Player

Şəmkirdə narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Polis həmin şəxsin həyətindən xüsusi qaydada becərilmiş 9 ədəd çətənə kolu aşkarlayıb.

Şəmkir rayon polis şöbəsinə Könüllü sakini Tanrıverdi Verdiyevin yaşadığı evin həyətində narkotik tərkibli bitkilər yetişdirməsi barədə əməliyyat məlumatı daxil olub. Sözügedən ünvana baxış keçirən asayiş keşikçiləri məlumatın doğru olduğunu üzə çıxarıblar. Müəyən edilib ki, Verdiyev bir neçə ay əvvəl həyətində narkotik tərkibli bitkilər əkərək  onlara aqrotexniki qaydada qulluq göstərib.

Mehrab Məmmədov baş müstəntiq: Şəmkir rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rayonun Könüllü kənd sakini Verdiyev Tanrıverdi Fərhad oğlunun yaşadığı evin həyatyanı sahəsinə baxış keçirilən zaman oradan torpağa əkilmiş və xüsusi aqro texniki qaydada qulluq eidlmiş ümumilikdə 9 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Tanrıverdi Verdiyevin xüsusi qulluq edib yetişdirdiyi çətənə kollarının hündürlüyü 1 metr- 1 metr 60 santımetr arasında olub. Həmin kollar aqronom və hal şahidlərinin iştirakı kökündən çıxarılaraq ekspertizaya göndərilib. Verdiyev bir neçə ildir narkotik istifadəçisi olduğunu və bitkiləri də özü üçün əkdiyini deyib.

anrıverdi Verdiyev saxlanılan şəxs: Özüm istifadə edəniyəm. Mart ayında aldim ki, istifadə edərəm. Heç kimə satmamışam.

Saxlanılan şəxsin barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır. Günahı tam sübuta yetirilərsə, bu, Verdiyevin ilk məhkumluğu olacaq.

Natiq Hüseyn