• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 3204
— 27.05.2019 18:01

"Dayı” və bacıoğludan külli miqdarda heroin götürülüb

KepezTV Player

Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Bayram Novruzov saxlanılıb.Onun üzərində şəxsi axtarış aparılan zaman 5,972 qram marixuana aşkar edilərək götürülüb.Novruzovun yaşadığı evə baxış zamanı əlavə olaraq 1 kiloqram 155 qram heroin, satış üçün hazır qablaşdırılan 29 kiloqram 630 qram marixuana, 2 kiloqram 550 qram çətənə toxumu, 2 ədəd elektron tərəzi, həmçinin yarımtikilidə kultivasiya yolu ilə xüsusi qablarda yetişdirilən 4031 ədəd çətənə kolu, habelə idarə etdiyi “Hyundai” markalı avtomobildən 535 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri qohumu Kamilin vasitəçiliyi ilə əkdiyini və qurudandan sonra onun köməkliyi ilə satışını təşkil etdiyini bildirib. Əvvəllər məhkum olunmuş paytaxt sakini Kamil Novruzov da saxlanılıb. Onun idarə etdiyi “Mersedes G Klass” markalı avtomobildən 515 qram marixuana və elektron tərəzi götürülüb. Onun qohumuna əkmək üçün narkotik tərkibli çətənə toxumları verdiyi müəyyən edilib. İstintaq zamanı Novruzovun paytaxt və eləcə də respublikanın bigər bölgələrində “Dayı” adı ilə narkotik maddələrin satışını həyata keçirdiyi məlum olub.Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.