KepezTV Player
Dövlət imtahan Mərkəzi tərəfindən Gəncədə Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsi keçirilib. Bakalavrlar 1 saat 30 dəqiqə müddətində biliklərini sınaqdan keçiriblər. Gəncə üzrə 3 binada reallaşan prosesdə iştirak etmək üçün 806 bakalavr qeydiyyatdan keçmişdi. İmtahanların idarə olunması üçün 7 imtahan rəhbəri, 86 zal nəzarətçisi cəlb olunmuşdu.
- Baxış: 561