• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1369
— 27.05.2019 11:55

Şəmkirdə qadına qarşı quldurluq edən maskalılar saxlanılıb

KepezTV Player

Şəmkirdə bir neçə gün əvvəl qeydə alınan quldurluq faktının üstü açılıb. Qadına qarşı zor tətbiq edən maskalıların Samux sakinləri olduğu müəyyənləşib. Polisin isti izlərlə ələ keçirdiyi qarətçilərin ətraf şəhər və rayonlarda da analoji cinayətlər törətməsi istisna olunmur.

Gülnarə Qasımova - zərərçəkən: Bıçağı görəndən sonra qorxumdan pulun yerini dedim. Sonrada gözümü əlimi ayağımı bağlayıb özləri axtarış apardı. Qulağımdan sırğamı əlimdən üzüyümü çıxardıq sonrada məni bağlı vəziyyətdə qoyub çıxıblar.

Qarətçilərin son oğurluğu Şəmkirin Aşağı Seyfəli kənd sakini Gülnarə Qasımovanın yaşadığı evdən etdiyi güman edilir. Çünki son hadisədən sonra uzağa gedə bilməyən Samuxun Qarayeri qəsəbə sakinləri 28 yaşlı Yusif Kazımov və 31 yaşlı Vəli Şəfiyev polis tərəfindən saxlanılıb.

Mehrab Məmmədov - baş müstəntiq: Samux rayon sakinləri Kazımov Yusif Qurban oğlu və Şəfiyev Vəli Abdulla oğlunun olması müəyən edilmiş həmin şəxslər isti izlərlə saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təqdim olunmuş və barələrində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilmişdir. Həmin şəxslərin respublikanın digər şəhər və rayonlarında analoki cinayətlər törətmələri ehtimal olunduğundan onların barəsində əməliyyat istinta qtədbirləri davam etdirilir.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər bir müddət əvvəl zərərçəkənin qohumu ilə tanış olublar. Söhbət əsnasında Gülnarə Qasımovaya Rusiyadan pul göndərilməsi quldurlar üçün fürsəti əldən verməmək fikri formalaşdırıb. Qarət planı hazırlayan Yusif Kazımov və Vəli Şəfiyev gəldikləri avtomobili evdən bir qədər aralıda saxlayaraq hədəf seçilən ünvana piyada hərəkət ediblər. Evdə heç kimin olmadığını düşünən basqınçıların qarşısına ev sahibi xanım çıxınca onun əl qolunu və ağızını bağlayaraq 3 min Rus rublu, 3 min manat dəyərində qızıl zinyət əşyası və 1 ədəd mobil telefonu oğurlayıblar.   

Vəli Şəfiyev - saxlanılan şəxs: Mən köhnə paltaların içərisindən kalkotka götürdüm. Yolla gedə-gedə Yusif maskaları düzəltdi. Mənim maşınımla gedib Könüllü ərazisindən Seyfəliyə keçdik. Maşını 4-5 kilometr aralıda saxladıq. Maskaları götürüb çıxdıq.

Yusif Kazımov - saxlanılan şəxs: Girdik edvə arvadın əl-qolunu bağladıq. Hədələdik ki bizə qızılla pulun yerini de. Arvad pulun yerini dedi Vəli pulu götürdü. Mən qızılları axtardım. Tapandan sonra Vəliyə dedim çıxaq gedək. Darvazadan çıxdıq.

Vəli Şəfiyev - saxlanılan şəxs: Birdə mən qadından soruşdum ki bəs telefon dedi telefon çarpayının üstündədir. Telefonuda göptürdük qabaqla Yusif çıxdı darvazını açdı. Çıxıb getdik. Yolla gedəndə telefonun nömrəsini Yusif çıxardıb telefonu mənə verdi. Telefonu qırıb bıçaqla birlikdə sahəyə tulladım. Sonra isə əlcəyi maskanı Yusif götürdü.

Qarətçilər mobil telefonu sındırıb yolun kənarına atsalarda qızıl-zinət əşyalarını Gəncədə satıb pulunu öz aralarında bölüblər. Hər iki şəxsin əməlindən zərərçəkənlərin artacağı istisna eidlmir. Hazırda onların barəsində cinayət məclləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.

 

Natiq Hüseyn