Qazax Müəllimlər Seminariyasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq “Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Dövlət səviyyəsində seminariyanın 100 illik yubileyinin qeyd edilməsi Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindən olan məbədə verilən önəm kimi dyərləndirilib. Türkiyədən olan ziyalılar seminariyanın müstəqil Azərbaycanın təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoyduğuna diqqət çəkiblər. Görkəmli ədəbiyyatşünas, tanınmış ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax müəllimlər seminariyasında tədrisin ana dilində aparılması Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına töhfə olaraq dəyərləndirilib. Bir əsrin yadigarı olan seminariyanın 3000-ə qədər məzunu olub. Konfras Bakı Dövlət Universtetinin Qazax filialında müxtəlif mövzularda müzakirələrlə davam edib.
Misgər Məmmədov - ADU-nun dosenti: Bu son 100 ildə Qori müəllimlər seminariyasının Azərbaycan bölməsi Azərbaycanın eyni zamanda həm kənd rayonları üçün, həm Gürcüstanda yaşayan kəndliləri üçün, Ermənistanda mövcud olan Azərbaycanlılar üçün çox böyük maarifçilik məktəbi olmuşdur. Bu kəndlərdə və rayonlarda azərbaycanlıların elmə, təhsilə yiyələnməsinə, həyatda özlərinə mövqe tutmasına və inkişaf eləməsi üçün Qori müəllimlər seminariyasının Azərbaycan filialının çox böyük rolu olmuşdur. Və bu tarixi qiymətdir.
Şahməddin Kuzuçular - Ədəbiyyat və Sənətçilər Dərnəyinin rəhbəri: Burada Qazax seminariyası nəyi saxlayacaq? Elm adamlarının öz aralarında münasibət qurmalarını, bir birilərini tanımalarını, elmi mübadiləni saxlayacaq. Akademiklərin bir biriylə əlaqə qurmalarını təmin edəcək. Bu məncə tez tez olmalıdır.
- Baxış: 288