• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1007
— 27.05.2019 11:03

Astronavtlar üçün Range Rover təqdim edildi

Land Rover şirkətinin Special Vehicle Operations (SVO) bölməsi astronavtlar üçün xüsusi Range Rover hazırlayıb. Avtomobili yalnız milyarder Riçard Brensona məxsus Virgin Galactic kosmik şirkəti ilə müqavilə bağlayan kosmik turistlər əldə edə bilərlər. Range Rover Astronaut Edition eksteryerdə və interyerdə unikal dekoruna görə fərqlənir. Rənglənmədə Zero Gravity Blue göy çalarlardan yararlanıblar. Bununla dizaynerlər gecə vaxtı göy üzünün rəngini almağa çalışıblar. Offroudun salonunda ulduzlar arası uçuşlara bənzəyən dekor görmək olar. Range Rover Astronaut Edition P400e hibridin bazasında yığılıb. O, iki litrlik 300 at güclü elektromotorla təchiz olunub. Hibrid güc sistemi 13,1 kilovatt-saatlıq litium-ion akkumlyator blokundan qidalanır.