Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərov anılıb. Milli Qəhrəmanın keçdiyi şərəfli ömür yoluna nəzər salıblar. Kəlbəcərdə anadan olan Sərdar Səfərov Ağdam, Xankəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına vuruşub. 1991-ci ilin sentyabrında Xankəndi yaxınlığında azğınlaşan erməni silahlıları azərbaycanlıların olduğ sərnişin avtobusuna hücum edir. Hadisədən xəbər tutan Sərdar və əsgər yoldaşları özlərini köməyə yetirirlər. Hücumun qarşısı alınır və düşmən geri çəkilir. Əlavə qüvvələrlə geri dönən ermənilərlə qeyri bərabər döyüşdə Sərdar qəhrəmancasına həlak olur. Sərdar Səfərov Kəlbəcərdə dəfn olunur və Azərbaycan Prezidentinin sərəncamı ilə onaölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir. Şəhidin xatirəsinə həsr olunan tədbirə görə ailə üzvləri təşkilatçılara, tədbir iştirakçılarına öz minnətdarlığını bildirib. Sonda Milli Qəhrəmana həsr olunan flm nümayiş olunub.
Səadət Əliyeva Milli Qəhrəmanın bacısı: Mən fəxr edirəm ki, qardaşım Milli Qəhrəmandır. Torpaqlarımızın azadlığı uğrunda canından keçib. Hər bir ana öz övladını Milli Qəhrəman ruhunda elə tərbiyyə etməlidir. Hər bir övlad fikirləşməlidir ki, bizim 20 faiz torpaqlarımız erməni işğalı altındadırsa biz hamımız o ruhda övlad böyütməliyik.
- Baxış: 563