• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 771
— 25.05.2019 20:34

Yaya doğru gedən "Göygöl"də qış turizmi barədə düşünülür

KepezTV Player

İl ərzində 100 mindən çox yerli və xarici turistin üz tutduğu Göygöl Milli Parkı ölkənin demək olar ki ən çox ziyarət olunan istirahət zonalarından hesab edilir. Təbiəti, havası və mənzərəsi ilə bənzəri olmayan parka gələnlərin daha yaddaqalan və mənalı istirahətinə isə xüsusi önəm verilir. Belə ki, əraziyə daha çox qonaq cəlb etmək üçün milli parkda yeni əyləncə məkanlarının, o cümlədən müxtəlif qurğuların inşası həyata keçirilir.

Yaradılan şərait qonaqların da diqqətindən kənarda qalmır. Ətraf mühitin ekoloji baxımdan təmiz saxlanılması və ərazinin ciddi mühafizəsi onlarda xoş təəssürat yaradır.

Bu ildən etibarən qonaqlar Göygöl Milli Parkının füsunkarlığından qışda da feyziyab olmaq imkanı əldə edəcəklər. Qış turizminin inkişafı üçün yaxın vaxtlarda ərazidə yeni infrastruktur layihələri icra ediləcək.