• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2187
— 25.05.2019 12:33

Dolu ziyan vurdu

KepezTV Player

Ötən gün Daşkəsən rayonuna küləklə müşahidə olunan leysan yağış və dolu yağıb.Rayonun Xoşbulaq kəndində orta məktəb binasının dam örtüyünü külək dağıdıb. Elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Güclü külək nəticəsində rayonunun yol, elektrik və rabitə təsərrüfatına, əkin sahələrinə xeyli ziyan dəyib. Küləyin təsirindən çoxlu sayda ağac aşıb. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır, daxili imkanlar hesabına bərpa işlərinə başlanılıb və ardıcıl müvafiq tədbirlər görülür.