Ünsiyyət insan həyatında çox mühüm əhəmiyyət kəsb edir. Gün ərzində müxtəlif insanlarla rastlaşırıq. Elə insanlar var ki, onlarla qarşılaşmaq bizə xoş əhval, müsbət aura bəxş edir. Həqiqətənmi biz yalnız ünsiyyətdə olmaqla kimlərinsə gününü daha uğurlu edə bilərik? Əgər belədirsə, bunun üçün nə lazımdır? Nəyi bilməli, hansı qaydalara əməl etməliyik ki, ətrafımızda olan insanlara uğur gətirək?
İnsanlar ünsiyyətdə olduqları şəxsləri xoş əhval ruhiyyəyə kökləmək üçün nə edirlər?
Çoxları düşünür ki, insanlarla ünsiyyət qurmaq, çox asandır. Amma araşdırmalar göstərir ki, düzgün ünsiyyət qurmağı, digər insanlara lazımi informasiyanı ötürüb, onlardan bizə lazım olanları almağı çox adam bacarmır. Çünki bu, o qədər də asan deyil. Amma ünsiyyətin ən əsas sirri təbəssüm və digər insanlara xoş əhval bəxş etməkdir. Əhvalınız xoş olsun!
- Baxış: 314