Ali təhsil ocağının 45-ci tələbə buraxılışı ilində 20 ixtisas üzrə 570 nəfər məzun adını qazanıb. Bu münasibətlə universitetdə təşkil olunan tədbirdə çıxış edən tələbələr burada əldə etdikləri elmi bilikləri və təcrübələri ölkənin inkişafı naminə istifadə edəcəklərini dilə gətiriblər. Öz növbəsində pedaqoji heyyət də məzunlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıblar, təhsildə fərqlənən məzunlar mükafatlandırılıb. Bir çox istedatlı məzunlar üçün elə iş imkanı da yaradılıb. Karyeraya Bizimlə Başlar devizi altında təşkil olunan məzun yarmarkasında 60-a yaxın müəssisə və təşkilat tərəfindən tələbələrə 500-ə yaxın boş iş yeri təklif edib. Yarmarkaya əvvəlki ilin məzunları və Gəncədə fəaliyyət göstərən digər universitetlərdən və kolleclərdən də tələbələr qatılıb.
- Baxış: 869