• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1987
— 24.05.2019 19:26

Mobil Qarayev “Kəpəz”in loqosunu canlı mozaikada yaratmaq istəyir

KepezTV Player

Bu il Azərbaycan futbolunun ən köklü iki klubundan biri olan sayılan “Kəpəz”in 60 yaşı tamam olur. Bu məqsədlə il ərzində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Gəncəli gənclər də komandanın yubileyinə öz töhvələrini vermək istəyirlər. Bu mənada Nizami yurdunda bir çox layihələrə imza atan Mobil Qarayevin “Kəpəz”lə bağlı maraqlı ideyası var.

Bu günədək müxtəlif illərdə həm görkəmli şəxslərin portretini, həm də idman yarışlarının fləşmobla loqosunu yaradan Qarayev sevimli komandasının 60 illik yubileyində imzasının olmasını arzulayır. Bir neçə versiya üzərində işləyən gənc rəssam yekunda komandanın loqosundan canlı mozaika təşkil etmək qərarına gəlib.

Mobil Qarayev - rəssam – “Bu il “Kəpəz” komandasının 60 illik yubileyi ilə bağlı bu ideya yarandı. İlkin olaraq düşünürdüm ki, hansısa futbolçunun portreti hazırlansın. Amma tərəfkeşlik olmasın deyə belə qərara gəldim ki, “Kəpəz” komandasının loqosunun canlı mozaikasını çəkim.”

Bu cür layihələri həyata keçirmək üçün maliyyə dəstəyi lazım olduğundan  Mobil Qarayev əlaqədar qurumların köməyinə bel bağlayır. 

Mobil Qarayev - rəssam – “Bu işləri görmək üçün vəsait tələb olunur. Belə düşünürəm ki, bizə AFFA və “Kəpəz” komandası maliyyə cəhətdən dəstək ola bilər. Biz də öz növbəmizdə elə bir iş görərik ki, həm Azərbaycanda həm Gəncədə ilk olsun. “Kəpəz” komandası ölkəmizin ən qədim tarixə malik komandalarındadır.”     

Hazırda layihə üzərinə işlərin getdiyini deyən müsahibimiz fləşmobun hansı məkanda və neçə iştirakçı ilə həyata keçirilməsinə də münasibət bildirib.

Mobil Qarayev - rəssam - “Eskiz üzərində iş gedir. Tam hazır olandan sonra iştirakçı sayını biləcəyik. Amma təqribi olaraq demək olar ki, bu layihəni 5000 nəfərlə ərsəyə gətirmək olar. Bununla böyük bir iş görmüş olarıq. Düşünürəm ki, bunu məhz “Kəpəz”in stadionunda etmək simvolik olaraq çox gözəl olar.”

İdeya reallaşsa, bu, Mobil Qarayevin idmanla bağlı həyata keçirəcəyi 3-cü layihəsi olacaq. O, daha öncə canlı mozaika ilə Bakı 2015 1-ci Avropa oyunlarının və Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının loqolarını tərtib edib.

 

Orxan Cəfərzadə