• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2202
— 24.05.2019 13:21

Şəmkirdə əkin sahələrinin su ilə təchizatı yaxşılaşıb

KepezTV Player

Son illər əkinçilikdə əldə olunan uğurlar, fermerlərin güzəştli şərtlərlə texika və gübrələrlə təmin olunması sahələrin vaxtında lamımi miqdarda su ilə təmin edilməsini də vacib edir. Ölkədə yeni su anbarlarının tikilməsi, suvarma kanallarının çəkilişi nətəcəsində əkin sahələrinin su təminatı yaxşılaşdırılır, uzun illərdir istifadə olunmayan torpaq sahələri əkin dövriyyəsinə daxil edilir. Şəmkirdə isə əkin sahələrinin suvarılmasında Şəmkirçay Dəryçası mühüm rol oynayır.  

Sabir Əliyev – fermer: 1 hektardan artıq sahədə taxıl əkmişik. Əvvəlki illərlə müqayisədə bu il suyumuz normal olduğu üçün yaxşı da məhsul gözləyirik.

Şəmkirin torpağı əkinçilik üçün əlverişli olsa da, su olmadan bol məhsul əldə etmək mümkün deyil. Bunu bütün fermerlər təsdiq edirlər. Deyirlər ki, su varsa, demək ruzi-bərəkət də var. Su isə var. Subsidiya, güzəştli kredit, texnika, gübrə ilə təmin olunan fermerlər əkin sahələrinin suvarılmasından da çətinlik çəkmirlər.

Elxan Məmmədov – fermer: 20 sot istixanamız var. 5 hektar taxılımız 2 hektar yonca sahəmiz var. Çox şüküülər olsun ki, bu əkinin hamısı suyun hesabınadır. Əvvəllər əkin əkə bilmirdik. Sahələrimiz boş yatırdı. Allah prezidetmizin canını sağ etsin bu kanal çəkiləndən su hər yerdə boldur.

Hazırda rayonda suvarmanın növbəti mərhələsi həyata keçirilir. Fermerlər bağlanılan müqavilə əsasında əkin sahələrini artıq iki dəfə suvarıb. Sahələri vaxtında normal su ilə təchiz etmək üçün nəzərdə tutulan tədbirlər isə davam etdirilir.

Mirbəşir Ələsgərov - Şəmkir Suvarma Sistemləri İdarəsinin baş mühəndisi: Suvarma Sistemləri İdarəsinin öhdəsində olan taxıl çoxillik bitkilər və tərəvəz sahələrinin əksəriyyəti ikinci sudan çıxarılıb. Hal-hazırda növbəti suvrama işləri davam etdirilir. Əlavə olaraq bildirmək istəyirəm ki, Şəmkir Suvarma Sistemləri İdarəsinin maşın mexanizmləri hamısı işlək vəziyyətdədir.

Şəmkir rayonunda ümumilikdə 40 min hektardan çox suvarılan torpaq sahəsi var. Bu sahələrin əsas su mənbəyi Şəmkirçay dəryçasıdır. Bununla  yanaşı Şəmkir Maşın Kanalı, Zəyəm çayı, 14 nasos stansıyası və 800-ə yaxın subratezian quyusu da əkin sahələrinin suvarılmasında istifadə edilir. Rayonda bu il 14 subartezian quyusunun qazılması və 2 yeni nasos stansiyasının inşası nəzərdə tutulub.

 

Natiq Hüseyn