• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1225
— 24.05.2019 12:25

Həmid Araslının 100 illiyi qeyd olundu

KepezTV Player

Prezident İlham Əliyevin Həmid Araslının 100 illiyinin qeyd edilməsi haqqında sərəncamına uyğun olaraq, AMEA-nın Gəncə bölməsində elmi-praktik konfrans keçirilib. Konfransda akademikin yaradıcılığını tədqiq edən ədəbiyyatşünas alimlər, elm və şəhər ictimaiyyətinin nümayəndələri, həmçinin, Əməkdar elm xadimi Həmid Araslını tanıyan şəxslər iştirak ediblər. Çıxışlarda akademik Həmid Araslının Azərbaycan ədəbiyyatının tədqiqi, klassik irsin nəşri, şifahi xalq yaradıcılığı və orta əsrlər ədəbi əlaqələrinin öyrənilməsi sahəsində göstərdiyi xidmətlərdən danışılıb. Elmi praktik konfransda eyni zamanda, alimin çoxşaxəli yaradıcılığı, AMEA-nın Gəncə bölməsi tərəfindən nəşr olunan, Əməkdar elm xadiminin həyat və yaradıcılığından bəhs edən monoqrafiya haqqında məlumat verilib. Daha sonra konfrans zalının foyesində Həmid Araslının 100 illiyi ilə bağlı sənədli film nümayiş olunub.

Fuad Əliyev - AMEA-nın Gəncə Bölməsinin sədri: Həmid Araslı Nizmai irsinin, "Kitabi-Dədə Qorqud"un, Azərbaycan folklorunun araşdırılmasında, Əlyazmalar İnstitutunun formalaşmasında böyük xidmətlər göstərib. Ümumiyyətlə, o elə dahi şəxsiyyət olub ki, öz yaradıcılığına elmin istənilən sahəsinə toxunub.